Qafqaz Universiteti ilə qardaş Türkiyənin Muğla Sıtkı və
Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında
Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə Qafqaz
Universitetinin Tempus ofisində mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç Azərbaycan və Türkiyənin
mehriban qardaşlıq münasibətlərindən danışıb. Rektor
müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu
sahədə əməkdaşlığın vacibliyini söyləyib. Sonra söz
Muğla Sıtkı Universitetinin rektoru, professor Mansur
Harmandara verilib. Rektor "Qafqaz Universitetinin
nailiyyətlərini çox duymuşdum, bəli, indi də gəldim
gördüm, duyduğum kimidir, sizlərə uğurlar arzulayıram",
- söyləyib. Mərasimdə Rizə Rəcəb Tayyib Ərdoğan
Universitetinin rektoru, professor Arif Yılmaz da çıxış
edib. O, Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin
gözəl bəhrə verəcəyindən söz açıb.
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Qafqaz
Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Muğla
Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan universitetlərinin
rektorları imzalayıblar. Memorandumda universitetlər
arasında elm və təhsil sahələrində əlaqələri inkişaf
etdirmək və tələbə-müəllim mübadiləsi məsələləri nəzərdə
tutulub.
Qafqaz Universitetinin Mətbuat xidmət |