Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

ADPU-da Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı oldu

 

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Müasir Təlim  Texnologiyaları  Təlim və Resurs Mərkəzinin təqdimatı və  həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş   tədbir keçirildi. Tədbirdə ADPU-nun əməkdaşları, Təhsil Nazirliyinin  şöbə müdirləri və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxsləri  iştirak edirdilər.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir  üzvü, ADPU-nun rektoru, professor Yusif Məmmədov açaraq Müasir  Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verdi.

Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin rəhbəri Fəxrəddin Yusifov mərkəzin kurikulum islahatlarının səmərəliliyinin artırılmasına dəstək məqsədilə yaradıldığını bildirdi. Mərkəzdə müəllimlərin müasir təlim texnologiyaları ilə bağlı hərtərəfli biliklərə yiyələndiklərini söyləyən F.Yusifov artıq 137 nəfər müəllimin fəal təlim kurslarından keçdiyini vurğuladı.

Tədbirdə iştirak edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard yeni yaradılmış mərkəzin fəaliyyətini yüksək qiymətləndirdi. O, YUNİSEF-in mərkəzin texniki təchizatına köməklik göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Təhsil naziri Misir Mərdanov öncə ADPU-da fəaliyyət göstərən Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzi ilə tanışlığından məmnunluğunu ifadə etdi. Mərkəzdə yaradılmış şərait və imkanlar haqqında fikirlərini bildirən nazir Azərbaycanda müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də ciddi uğurlar qazanıldığını söylədi.

Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin işinin günün tələbləri səviyyəsində təşkili üçün həyata keçiriləcək zəruri tədbirlərə diqqət çəkən nazir bu təhsil ocaqlarında çalışan müəllimlərin orta məktəblərdə gedən proseslərlə daha yaxından tanış olmasının vacibliyindən söz açdı.

Təhsil naziri ADPU-nun müəllim hazırlığı sahəsində zəngin təcrübəsi olduğunu bildirərək burada təhsil alan tələbələrin müəllim kimi hərtərəfli hazırlıq keçməsinin zəruriliyini qeyd etdi.

Misir Mərdanov, həmçinin digər ali məktəblərdə də müvafiq mərkəzlərin yaradılmasının əhəmiyyətindən bəhs etdi.

Daha sonra Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzində fəal təlim kurslarını bitirmiş bir qrup müəllimə sertifikatlar təqdim olundu.

Tədbirdə TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov və digər şəxslər də çıxış etdilər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov