Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Ordubadın Behrud kəndində yeni məktəb binasının açılışı olub

 

Noyabrın 19-da Ordubad rayonunun Behrud kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Behrud kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ölkəmizin gələcəyi olan təhsilli gənclərin yetişdirilməsi üçün, ilk növbədə, ümumtəhsil məktəblərində hərtərəfli şərait yaradılmalı, təhsil sistemi daim qayğı ilə əhatə olunmalıdır. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda məktəb binasının tikintisinə xüsusi diqqət yetirilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu gün Behrud kəndində 110 şagird yerlik məktəb binası istifadəyə verilir. Hərtərəfli şərait yaradılmış təhsil ocağında 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya, fizika laboratoriyaları, hərbi kabinet, 2 mindən artıq kitab fondu olan kitabxana, idman zalı və kompüter sinfi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, yaradılan müasir təhsil şəraiti dərslərin nəzəri və praktik olaraq daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir. Bütün bunlar isə ölkəmizdə təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir".

Ali Məclisin sədri demişdir ki, uzun illər uyğunlaşdırılmış taxta binada fəaliyyət göstərməsinə baxmayaraq, Behrud kənd tam orta məktəbinin möhkəm təməllər əsasında qurulan təhsil ənənələri yaradılmışdır. Məktəbin məzunları istər keçmiş sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizin inkişafında, dövlət quruculuğu prosesində fəal iştirak etmişlər. Bu ənənə hazırda da davam etdirilir, məktəbin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ötən tədris ilində məktəbi bitirən 6 məzundan 1-i ali məktəbə, 2-si Naxçıvan Tibb Kollecinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Kollektiv göstərilən dövlət qayğısının müqabilində əzmlə çalışaraq təhsil uğurlarını daha da artırmalıdır.

"Hər bir təhsilli gənc ölkəmizin gələcəyi üçün yararlı vətəndaşdır", - deyən Ali Məclisin sədri məktəblərimizdə vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyini qeyd etmiş, pedaqoji kollektivlərə uğurlar arzulamışdır.

Məktəbin müəllimi Ülkər Quliyeva yeni binanın istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərini artıracaqlarına söz vermişdir.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında müasir fənn kabinetləri, laboratoriyalar, sinif otaqları, idman zalı və bufet yaradılmış, müəllimlər otağı və digər yardımçı otaqlar istifadəyə verilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov