Azərbaycan Texniki Universitetinin (AzTU)
"Metallurgiya", "Maşınqayırma", "Avtomatika və hesablama
texnikası" və "Elektronika və energetika" fakültələrinin
60-a yaxın tələbəsi "Baku Steel Company" MMC şirkətində
adlı təqaüd verilməsi üçün keçirilən müsabiqənin birinci
turunun seçimlərində iştirak etmişlər.
AzTU-dan AzərTAc-a bildirmişlər ki, seçimlər bu ali
təhsil müəssisəsi ilə "Baku Steel Company" MMC şirkəti
arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində
reallaşdırılmışdır.
Universitetin 30-dək tələbəsi birinci turdan uğurla
keçərək növbəti tura vəsiqə qazanmışdır.
Müsabiqənin ikinci turunun dekabrın əvvəllərində
keçirilməsi nəzərdə tutulur.
Tədbirdən sonra tələbələr "Baku Steel Company" MMC-nin
istehsalat prosesi ilə də yaxından tanış olmuşlar. |