Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına
müvafiq olaraq Cəlilabad rayonunda yeni məktəb
binalarının tikintisi davam etdirilir.
Təhsil şöbəsindən bildirmişlər ki, rayonda inşa edilən
yeddi yeni məktəb binasının ikisi bu il istifadəyə
verilmişdir. İlin sonuna kimi daha iki təhsil ocağının
tikintisi başa çatdırılacaqdır. 320 şagird yerlik
Həziabad və 220 şagird yerlik Soltankənd kənd
məktəblərinin yeni binalarının tikintisi üçün hazırlıq
işləri başa çatdırılmışdır. Zəhmətabad kəndində 80
yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
***
Samux rayonunun 3 kəndində qəzalı vəziyyətdə olan
məktəblər üçün yeni binalar inşa edilir. Rayon təhsil
şöbəsindən bildirmişlər ki, hazırda Lək kəndində 220
yerlik, Seyidlər kəndində 180 yerlik, Qiyaslı kəndində
isə 80 yerlik orta məktəb binalarının tikintisi sürətlə
aparılır. Məktəb binalarının 2012-ci ilin sonuna kimi
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
***
Ağstafa Rayon Təhsil Şöbəsindən bildirmişlər ki, hazırda
Soyuqbulaq qəsəbəsində 220, Göycəli kəndində 360 yerlik
məktəb binalarının və Köçəsgər kəndində 1 nömrəli tam
orta məktəb üçün 200 yerlik yeni tədris korpusunun
tikintisi davam etdirilir.
İlin sonunadək Soyuqbulaq və Köçəsgər kənd məktəblərinin
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rəşad ZİYADOV |