Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən
məlumata görə, hazırda Azərbaycanın 32 ümumtəhsil
məktəbində elektron jurnallardan istifadə olunur.
Elektron jurnallardan istifadə edən məktəblər
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminın informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilən "Elektron məktəb"
layihəsinın iştirakçılarıdır. Layihəyə daxil olan
məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan,
Şamaxı, İsmayıllı, Quba və Ağdaş şəhərlərində yerləşir.
Ümumilikdə "Elektron məktəb" layihəsində 39 təhsil
müəssisəsi iştirak edir.
2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən 20 məktəbdə tam olaraq kağız
jurnallardan istifadəyə son qoyulmuşdur və bu
məktəblərdə yalnız elektron jurnallar tətbiq olunur. 12
məktəbdə isə müvəqqəti olaraq elektron jurnallarla
yanaşı, kağız jurnallardan da istifadə olunur.
Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara
keçid 2011-2012-ci tədris ilində Bakı Avropa Liseyi və
akademik Zərifə Əliyeva adına liseydə tətbiq edilmişdir.
Elekton jurnallardan istifadə edən məktəblərin sırasına
bu il əlavə olaraq daha 11 məktəbin cəlb olunması
nəzərdə tutulub. Yaxın illər ərzində isə əksər
ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq
ediləcəkdir.
H.ƏKBƏROVA |