Azərbaycan Tibb Universitetinin idman zalında 2001-ci
il təvəllüdlü və kiçikyaşlı oğlan və qızlar arasında
Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə
Azərbaycan birinciliyi keçirilmişdir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirmişlər
ki, yarışda paytaxt idmançıları ilə yanaşı Sumqayıt,
Şabran, Şirvan, Şəki və Qaxdan olan tennisçilər də
qüvvələrini sınamışlar.
Şəxsi xarakter daşıyan yarışlarda oğlanlar arasında Bakı
Tennis Məktəbinin təmsilçisi Sadıq Sadıqov birinci,
Şabran idmançıları Nihad Məmmədov və Sənan Aslanov
ikinci və üçüncü yerlərə sahib olmuşlar. Xanım
tennisçilərin yarışlarında isə Bakı Tennis Məktəbinin
yetirməsi Nəzakət Qarayeva bütün rəqiblərinə qalib
gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Şəki idmançısı Nəzrin Qafarova və Bakı Tennis
Məktəbinin tennisçisi Fatimə Məmmədli müvafiq olaraq
ikinci və üçüncü yerləri tutmuşlar.
Turnirin mükafatçıları Stolüstü Tennis Federasiyası
tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif
olunmuşlar. |