Noyabrın
3-də Bakıdakı 190 nömrəli tam orta məktəbdə
yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala
Mirələmovla görüş keçirildi. Tədbiri giriş sözü ilə
məktəbin direktoru Afət Bakıxanova açaraq qonaqları
salamladı. Məktəbin direktor müavini Qənirə Əmircanova
Hüseynbala Mirələmovun yaradıcılığı barədə ətraflı
danışdı.
Tədbirdə akademik Ziyad Səmədzadə çıxış edərək görüşün
əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki,
Hüseynbala Mirələmov müasir Azərbaycan incilərini bilən
yazıçıdır. Onun yaradıcılığı özünəməxsus xüsusiyyətləri
ilə fərqlənir.
Milli Məclisin deputatı Hadı Rəcəbli yazıçı-dramaturq
Hüseynbala Mirələmovla bir sinifdə oxumalarından, hələ o
vaxt orta məktəbdə oxuyarkən yaradıcılıqla məşğul
olmasından söz açdı. Bildirdi ki, Hüseynbala Mirələmov
yazıçı-dramaturq olmaqla bərabər, həm də millət
vəkilidir. Bu gün onun dövlət məmuru kimi geniş bir iş
aparması heç də yazıçının yaradıcılığına mane olmur,
əksinə, yeni əsərlər üzərində həvəslə işləyir.
Təbbirdə professorlardan Nizami Cəfərov, Hüseyn
Əsgərov, Nizaməddin Şəmsizadə, Əjdər Ağayev, xalq
artisti Nurəddin Mehdixanlı və başqaları
yazıçı-dramaturq Hüseynbala Mirələmovun əsərləri
barəsində öz ürək sözlərini söylədilər.
Yazıçının əsərlərindən ibarət ədəbi kompozisiya
göstərildi, şagirdlər şeir söylədi və rəqs etdilər.
Sonda Hüseynbala Mirələmov şagirdləri və qonaqları
maraqlandıran suallara cavab verərək görüşü təşkil edən
şəxslərə öz minnətdarlığını bildirdi.
Tədbir diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |