Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Bakı Modern məktəbində "açıq dərs"

 

Noyabrın 8-də  Bakı Modern məktəbində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Təhsil müəssisəsinin bayraq meydanında başlanan tədbir "açıq dərs" kimi təşkil edilmişdi. Açılışda iştirak edən məktəblilər və qonaqlar Dövlət himnini ifa etdilər, Dövlət  bayrağı qaldırıldı. Öncə mərasimdə məktəbin direktoru, qabaqcıl təhsil işçisi Gülarə Əfəndiyeva çıxış edərək məktəbin müəllim və şagird kollektivini, iştirakçıları Dövlət Bayrağı, Konstitusiya və Milli dirçəliş günləri münasibətilə təbrik etdi. Gülarə xanım 9 noyabr Dövlət Bayrağı Gününün mahiyyətindən bəhs edərək, üçrəngli bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olduğunu qeyd etdi. Üçrəngli bayrağımızın Dövlət bayrağı kimi qəbul olunmasının tarixi barədə danışdı. Məktəblilərdə vətənpərvərlik hisslərinin daha da inkişaf etdirilməsini arzuladı.

Sonra söz "açıq dərs"in aparıcısı, tarix müəllimi Hamlet Əliyevə verildi. O, bildirdi ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Şagirdlərin nəzərinə çatdırıldı ki, müqəddəs bayrağımıza hörmət və sevgisini göstərən ulu öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev onu dünyanın bir çox ölkələrinə tanıtdı. İdmançılarımız öz qələbələri ilə hər dəfə bayrağımızı yüksəklərə qaldırırlar. Bakıda Bayraq Meydanında ucaldılmış, hündürlüyünə və möhtəşəmliyinə görə Ginnesin rekordlar kitabına düşən bayrağımız gün gələcək işğal olunmuş rayonlarda dalğalanacaqdır. Sonra şagirdlər dövlətçiliyimizi və bayrağımızı tərənnüm edən şeirlər söylədilər.

İştirakçılar məktəbin vətənpərvərlik guşəsinə dəvət edildi, burada şagirdlərə bayrağımıza ən böyük dəyər verən ulu öndərin kövrək notlarla söylədiyi "Azərbaycan" şeiri səsləndi və onun büstünün önünə gül dəstələri qoyuldu. Xatirə şəkilləri çəkildi, dövlət rəmzləri ilə bağlı müsabiqə keçirildi. Şagirdlərə üçrəngli bayrağımızın tarixini əks etdirən bukletlər paylandı. Foyedə böyük ekranlarda bayrağımıza aid videoklip nümayiş olunaraq "Bayraq" mahnısı səsləndi.

"Açıq dərs" formasında keçirilən tədbir sinif otaqlarında davam edilərək yekunlaşdı. 

Fazil İDRİSOĞLU,
foto müəllifindir

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov