Bu
günlərdə SDU-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin
təşəbbüsü ilə Sumqayıt şəhər Gənclər və İdman Baş
İdarəsi və Gənc İstedadlara Dəstək Fondu tərəfindən
"Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır!" devizi
ilə universitet tələbələrinin iştirakı ilə növbəti
tədbir keçirildi.
Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə İş şöbəsinin
müdiri Rüstəm Sadıqzadə orta və ali təhsil ocaqlarında
silsilə xarakter daşıyan bu cür görüşlərin
əhəmiyyətindən danışdı.
Daha sonra narkotik vasitələrin istifadəsinin yaratdığı
fəsadları özündə əks etdirən 8 dəqiqəlik film nümayiş
etdirildi.
Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi Kamil
Mehdiyev narkotik maddələrdən asılılıq, onun fəsadları
barədə məlumat verdi. |