Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Bilik yarışının qalibi finala vəsiqə qazandı

 

Naxçıvan Dövlət Universitetində Beynəlxalq tələbə həftəsinə həsr olunmuş "Nə? harada? nə zaman?" bilik  yarışması üzrə tələbələrarası I seçim turu keçirildi.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam etdirilməsindən, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışdı. Qeyd olundu ki,  17 noyabr 1939-cu il tarixində Praqada faşizm əleyhinə mitinqdən sonra 9 tələbə və müəllim edam edilib. Bu gün 1941-ci ildən Londonda Beynəlxalq Tələbələr Günü kimi qeyd edilməyə başlamışdır. İndi də bu gün Avropada və bütün dünyada milli tələbə birlikləri tərəfindən qeyd edilməkdədir. Ölkəmizdə isə bu tarix ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən keçirilir.

Sonra universitet gənclər təşkilatının sədri Arzu Abdullayev öz çıxışında yarışın şərtləri və qaydaları haqqında ətraflı məlumat verdi.

Doqquz komandanın iştirakı ilə keçirilən yarışda 45 tələbə iştirak etdi. Üç mərhələdə keçirilən gərgin bilik yarışmasının qalibi olan "Əlincə" komandası  Bakı şəhərində keçiriləcək final turuna vəsiqə qazandı.  

Leyla HƏMZƏYEVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov