"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ali
təhsil alan gənclərin elmi tədqiqatlara
istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları"
layihəsini həyata keçirir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində
gənc tədqiqatçılar müasir elmi tədqiqat metodları
(akademik məqalə, konfrans məruzələri, tezis və
dissertasiyanın yazılma qaydaları, tədqiqat zamanı
müasir informasiya texnologiyalarından səmərəli istifadə
metodları), xaricdə elmi tədqiqat və təhsil imkanları,
elmin fərdi və sosial həyatdakı rolu, ölkənin
sosial-iqtisadi inkişafı baxımından akademik fəaliyyətin
əhəmiyyəti, elmi tədqiqatçının xüsusiyyətləri və
keyfiyyətləri haqqında məlumatlar əldə edəcəklər.
Layihənin təqdimatı noyabrın 16-da Lənkəran Dövlət
Universitetində keçiriləcəkdir. |