Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq
münasibətlər və regionşünaslıq fakültəsinin dekanı,
dosent Adil Rəcəbli Minskdə keçirilən "XXI əsrdə MDB və
ŞƏT ölkələrində dil və mədəniyyətlərin dialoqu" VIII
Beynəlxalq forumda iştirak etmişdir.
BSU-dan AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində
Adil Rəcəbli M.Tank adına Belarus Dövlət Pedaqoji
Universitetinin nəzdində yaradılan Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzində olmuş, müəllim və tələbələrlə
görüşmüşdür. |