Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Tokio Universitetinin mədəniyyət
antropologiyası üzrə fəxri professoru Takeo Funabikini
qəbul edib. BDU haqqında qonaqlara məlumat verən rektor,
əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.
Görüşdə BDU ilə Yaponiya universitetlərinin
əməkdaşlığından, yapon dilinin tədrisi məsələlərindən
danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya
parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də
bəhs edilib. Qonaq universitetdə yapon dilinin
tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın
ölkəmizdəki səfiri Şusuke Vatanabe iştirak edib.
Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasında və
digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı
professor universitet tələbələri qarşısında "Yenə də
anlaşılmaz yaponlar? - Onlar Böyük Zəlzələ vaxtı və
ondan sonra nə cür hərəkət edirlər?" mövzusunda mühazirə
ilə çıxış edib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |