Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində Naxçıvan
Muxtar Respublikasının ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri arasında vətənpərvərlik
mövzusunda mahnı müsabiqəsi keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar
Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər
Birliyi təşkil edib.
Müsabiqə başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin
müdiri Canməmməd Canməmmədov çıxış edərək tədbirin
əhəmiyyətindən danışıb.
Sonra müsabiqəyə start verilib. Müsabiqədə tələbələrin
çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yekun nəticəyə görə Naxçıvan Özəl Universitetinin
tələbəsi Bayram Bayramov birinci, Naxçıvan Dövlət
Universitetinin tələbəsi Bəhruz Quliyev ikinci, Naxçıvan
Müəllimlər İnstitutunun tələbəsi Aliyə Kərimli isə
üçüncü yerin sahibi olub. Fəxri yerləri tutan
tələbələrə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim
olunub.
Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti |