Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Ümumtəhsil məktəblərinin inzibati-idarəetmə heyəti İKT-nin idarəetmədə tətbiqini öyrənir

 

Cari ildə ölkə üzrə orta məktəblərin 1000 nəfər inzibati-idarəetmə heyəti üçün informasiya və kommunikasiya texnologiyalarının məktəb idarəetməsində tətbiqi üzrə təlimlərin keçirilməsi davam etdirilir. Təlimlər Bakı və 39 regionda "Mədəd Azərbaycan" təşkilatı tərəfindən aparılır.

Təlimlər zamanı elektron məktəbin idarə edilməsi, virtual siniflərdə dərslərin keçilməsi, təhsil portalı (www.edu.az) və ondan istifadə qaydaları öyrədilir. İştirakçılar ümumi rəqəmsal savadlılığın artırılması ilə bağlı praktik məşğələlərlə yanaşı, elektron təhsil resurslarının yaradılması, web 2.0 texnologiyaları, layihə və fəal təlim metodları  ilə tanış olurlar.

İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri üzrə təlimlər "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.

Ümumiyyətlə, indiyədək Dövlət Proqramı çərçivəsində ümumtəhsil məktəblərinin 12500 nəfərlik inzibati-idarəetmə heyəti İKT-nin idarəetmədə tətbiqinə dair xüsusi hazırlıq kurslarından keçmişdir.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov