Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisində Azərbaycan Diplomatik Akademiyası da iştirak edib

 

Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisi işini başa çatdırmışdır. Sərginin builki iştirakçıları arasında Azərbaycan Diplomatik Akademiyası (ADA) da olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycanın bu yeni və nüfuzlu təhsil mərkəzini beynəlxalq miqyaslı tədbirdə ADA-nın əməkdaşı Samirə Ağayeva təmsil etmişdir.

Regionun ilk diplomatik akademiyası kimi sərgi çərçivəsində ADA-nın fəaliyyətinə böyük maraq göstərilmiş, S.Ağayevanın Budapeştin ATV televiziya kanalı ilə müsahibəsi verilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkənin ən böyük tədris müəssisələrindən biri olan Korvinus Universitetində bakalavr və magistrantlardan ibarət auditoriya qarşısında ADA-nın geniş təqdimatı keçirilmişdir. Təqdimat zamanı əvvəlcə Azərbaycan haqqında sənədli film nümayiş etdirilmişdir. Daha sonra ADA-nın bakalavr və magistr pillələri üzrə təhsil proqramları, təqaüd sistemi, əcnəbi tələbələrin qəbulu, akademiyanın yeni şəhərciyi və beynəlxalq əlaqələr barəsində ətraflı məlumat verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov