Heydər Əliyev Fondunun nəfis tərtibatla türk dilində
nəşr etdirdiyi görkəmli yazıçı, ədəbiyyatşünas alim və
pedaqoq Mir Cəlal Paşayevin "Dirilən adam", "Açıq kitab"
romanları, "Göylər adamı", "İdxal xəstəlik", "Möhür və
eşq" hekayələr kitabları Bursa Uludağ Universitetinin
kitabxanasına hədiyyə edilmişdir.
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyindən
bildirmişlər ki, Uludağ Universitetində başa çatmış
beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş
Azərbaycan stendi ilə tanışlıqdan sonra Mir Cəlal
Paşayevin kitablarının 100 nüsxəsi universitet
kitabxanasının müdirinə təqdim edilmişdir.
Universitet tələbələrinin böyük marağına səbəb olan 5
kitabda toplanmış roman və hekayələri türk dilinə Əli
Əkbər Əliyev və Azad Ağayev tərcümə etmişlər.
AzərTAc |