Bakıdakı 236 nömrəli tam orta məktəbdə "İçərişəhər
Azərbaycan tarixinin şanlı səhifəsidir" mövzusunda
elmi-praktik konfrans və "Azərbaycanın tarixi
abidələri" fotosərgisinin açılışına həsr olunan tədbir
keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu
İdarəsinin "İçərişəhər" tarixi muzeyi ilə birlikdə
keçirilən tədbiri məktəbin direktoru, əməkdar müəllim
Xanlar İmaməliyev açaraq mövzunun əhəmiyyəti və
şagirdlərin dünyagörüşünün formalaşmasında böyük
rolunu qeyd edib.
"İçərişəhər" tarixi muzeyinin elmi məsləhətçisi, ekspert
Samit Məsimov, Memarlıq Qoruğu İdarəsinin Elmi
Tədqiqatlar və Beynəlxalq əlaqələr şöbəsinin müdir
müavini, tarix elmləri doktoru, Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşı Vəfa Quliyeva,
"İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin
elmi mərkəzinin arxeologiya üzrə baş elmi işçisi Qənirə
Pirquliyeva və "İçərişəhər" tarixi muzeyinin direktor
müavini Musa Musayevin çıxışları dinlənilib.
Qonaqlar şagirdləri maraqlandıran suallara cavab
veriblər.
Sonda K.İmanovun " İçərişəhərin daş yaddaşı" adlı
sənədli televiziya filmi şagirdlərə göstərilib.
Şakir CƏFƏROV |