Noyabrın
8-də Bakıdakı E.Məmmədov adına 21 nömrəli tam orta
məktəbdə Yasamal rayonu Gənclər və İdman İdarəsinin
dəstəyi ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş
yuxarı sinif şagirdləri arasında idmanın stend atıcılığı
növü üzrə yarış keçirildi. Dövlət himninin
səsləndirilməsi və dövlət bayrağının qaldırılması ilə
başlanan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi Elçin Əhmədov, rayon Gənclər və İdman
İdarəsinin rəisi İlham Səfərov, məktəbin direktoru
Ceyhun Bayramlı və digər qonaqlar çıxış edərək
şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və
idmanın növlərinə həvəs yaratmaq baxımından yarışın
əhəmiyyətindən danışdılar. Bu cür tədbirlərin təhsil
ocaqlarında müntəzəm keçirilməsinin vacibliyini qeyd
etdilər. Məktəbin şagirdləri dövlət bayrağına aid şeir
söylədilər və mahnı ifa etdilər. Tədbirin əsas
hissəsində məktəbin yuxarı sinif şagirdləri stend
atıcılığı üzrə öz qüvvələrini sınadılar. Yarışda
fərqlənən şagirdlər diplom və mükafatlarla təltif
olundular. Sonda şagirdlər məktəb rəhbərliyinin
iştirakı ilə Dövlət Bayrağı Meydanını ziyarət etdilər.
Bakıdakı 308 nömrəli tam orta məktəbdə Dövlət
Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə
başlamazdan əvvəl Dövlət himni səslənib.
Məktəbin direktoru Təranə Məmmədova tədbir
iştirakçılarını bayram münasibətilə təbrik edib.
Şagirdləri Vətəni sevməyə, vətənin atributları olan
gerbə, bayrağa hörmət və ehtiram bəsləməyə çağırıb.
Bildirib ki, ölkə başçısı 2009-cu il noyabrın 17-də
Dövlət Bayrağı Cününün təsis edilməsi haqqında sərəncam
imzalamışdır. Həmin ildən də noyabrın 9-u
Azərbaycanda Dövlət Bayrağı Cünü kimi qeyd olunur.
Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram
göstərilməsi ölkə vətəndaşlarının hər birinin
borcudur.
Tədbirdə
müəllimlərdən Pəri Qasımova, Günel İbrahimova və
başqaları Dövlət Bayrağı Günü haqqında çıxış ediblər.
Şagirdlər Vətənə, Dövlət Bayrağına aid şeir söyləyib,
mahnı oxuyub və rəqs ediblər.
Noyabrın 8-də Bakıdakı Ə.Abbasov adına 257 nömrəli
tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş
tədbir keçirildi. Tədbirdə Xətai Rayon İcra
Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, pedaqoji heyət, valideynlər və şagirdlər
iştirak edirdilər. Tədbir Dövlət himninin səslənməsi ilə
başladı. Sonra məktəbin direktoru Qarat Qaratov tədbir
iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. O,
bayrağımızın tarixi haqqında məlumat verdi. Qeyd olundu
ki, belə tədbirlərin keçirilməsi şagirdlərimizdə
dövlətimizə, vətənimizə olan dərin məhəbbətlərindən
irəli gəlir.
Müəllimlərdən Şəhla Xəlilova və Svetlana Məmmədova
şagirdlərin tədbirə böyük həvəslə hazırlaşdıqlarını
vurğuladılar. Bildirildi ki, bütün müəllimlər
şagirdlərində vətəndaşlıq hissinin üzə çıxmasına səy
göstərirlər.
Tədbir şagirdlərin hazırladığı musiqili kompozisiya ilə
davam etdi. Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx
nümayiş olundu.
Şagirdlər vətənimiz Azərbaycan haqqında şeirlər
söylədilər.
Tədbir ulu öndərimiz Heydər Əliyevin məktəblilərə
verdiyi tövsiyə ilə başa çatdı: "Vətən torpağı bizə
ata-babalarımızdan qalan mirasdır. Biz onu
qorumalıyıq".
Bakıdakı 263 nömrəli tam orta məktəbin pedaqoji
və şagird kollektivi Dövlət Bayrağı Gününü noyabrın 8-də
keçirdiyi maraqlı ədəbi-bədii tədbirlə qeyd etdi.
Tədbirdə Prezident təqaüdçüsü, tanınmış şair İlyas
Tapdıq, şair Hacı Loğman, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metod Mərkəzinin Xətai-Suraxanı metodiki
bölməsinin müdiri Firduz Əhmədov, "Savalan" qəzetinin
baş redaktoru Eldar Əliyev və başqa qonaqlar iştirak
edirdilər.
Tədbir ölkəmizin azadlığı uğrunda mübarizələrdə şəhid
olan vətən oğullarının xatirəsinin 1 dəqiqəlik sükutla
yad olunması və Dövlət himnimizin ifası ilə başladı.
Sonra məktəbin III "E" sinif şagirdləri müəllimləri
Yeganə Ağayevanın rəhbərliyi ilə hazırladıqları
ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər.
Şagirdlərdən biri tədbiri açıb bayraq haqqında şeir
söylədikdən sonra ibtidai sinif müəllimi Yeganə Ağayeva
bu günün əhəmiyyətindən, təsis olunma tarixindən söz
açdı, bayram münasibətilə tədbir iştirakçılarını təbrik
etdi. Üçüncülər iki bir, üç bir səhnəyə çıxıb dövlət
bayrağımız, onun rənglərinin mənası, bayrağın dövlət
bayrağı kimi qəbul olunmasında ulu öndərimiz Heydər
Əliyevin xidmətləri haqqında danışdılar, eləcə də
vətənpərvərlik ruhlu digər şeirlər söylədilər, xorla
mahnılar ifa etdilər, maraqlı səhnəciklər nümayiş
etdirdilər. Tədbirdə Dövlət Bayrağı Meydanından bəhs
edən film, Azərbaycanın tarixi, görməli yerlərindən
videogörüntülər nümayiş olundu, Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin, ölkə
Prezidenti İlham Əliyevin Dövlət bayrağı haqqında
dedikləri fikirlər səsləndirildi.
Tədbir üçüncülərin mahnı sədaları altında yallı
getmələri ilə başa çatdı. Sonra məktəbin direktoru
Nəsimi Abbasov çıxış edərək Dövlət Bayrağı Gününün
əhəmiyyətindən, bayrağımızın hər bir Azərbaycan
vətəndaşı üçün qürur mənbəyi olmasından söz açdı, son
illər məktəbdə görülən inkişaf yönümlü işlərə toxundu.
Direktor şagirdlərin hazırladıqları ədəbi-bədii
proqramın çox maraqlı olduğunu qeyd edib, tədbirin
təşkili və keçirilməsində əməyi olanlara minnətdarlığını
bildirdi.
Tədbirdə qonaqlara da söz verildi. Tanınmış şair İlyas
Tapdıq, şair Hacı Loğman tədbiri yüksək qiymətləndirib,
məktəblilərin əsl istedad nümayiş etdirdiklərini
vurğuladılar, Dövlət bayrağına həsr olunmuş şeirlərini
oxudular.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metod Mərkəzinin
Xətai-Suraxanı metodiki bölməsinin müdiri Firduz Əhmədov
isə çıxışında məktəbdə görülən işləri, qazanılan
uğurları, şagirdlərin nümayiş etdirdikləri yüksək
hazırlığı xüsusilə diqqətə çatdırıb, kollektivə uğurlar
arzuladı, bayram münasibətilə təbriklərini çatdırdı.
"Azərbaycan müəllimi" |