Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Müəllim-tələbə heyəti əsgərlər qarşısında

 

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun  təhsildə sosial psixoloji xidmət ixtisasının hərbi psixologiya üzrə  ixtisaslaşdırılmış  tələbələrinin və professor-müəllim heyətinin Şahbuz rayon "N" saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşü keçirilmişdir.

Görüşdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək əsgər və zabitləri Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, ordu quruculuğu sahəsində həyata keçirilən  tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki,  ümummilli liderimiz Heydər Əliyev müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də  qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. Ordumuzun müdafiə potensialının artırılmasını  mühüm vəzifə kimi müəyyənləşdirən ölkə başçısı,  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən də geniş tədbirlərin həyata keçirilməsi ulu öndərin təməlini qoyduğu bu siyasətin uğurlu davamıdır. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində  son illərdə  ordumuzun döyüş  qabiliyyəti daha da  yüksəlmiş, maddi-texniki  bazası  möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində  mühüm addımlar atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun  daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün  dövlət büdcəsindən  ayrılan  vəsaitlərin  artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsində daim hazır vəziyyətdə olan yüksək  nizam-intizama malik bir ordudur. 

Qeyd edilmişdir ki, ordu quruculuğu sahəsinə göstərilən qayğını muxtar respublikamızın  timsalında da görmək olar. Bu gün ordu ilə xalq yekdildir. Əsgərlərimizin belə möhkəm, iradəli olmasının  əsas səbəbi də məhz budur. Göstərilən qayğının nəticəsidir ki, doğma diyarımızda  yerləşən hərbi hissələr  daha da möhkəmlənir, əsgər və zabitlər üçün  nümunəvi şərait yaradılır.  

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov