Noyabrın
8-də Azərbaycan Müəllimlər İnstitutunda 9 noyabr Dövlət
Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər keçirildi.
Azərbaycan Müəllimlər İnstitutunda bu bayram tədbirləri
AMİ-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə
Gənclər Təşkilatının təşkilatçılığı ilə fərqli şəkildə
təşkil olundu. Noyabrın 8-də dərsə gələn tələbələrə
Azərbaycan bayrağı paylandı, bu aksiyanın keçirildiyi
müddətdə Dövlət himni səsləndirildi. Bununla yanaşı,
institutun tələbələrinin Azərbaycan bayrağına həsr
olunmuş rəsm, şeir və əl işlərindən ibarət stend də
maraqla qarşılandı.
Eyni zamanda institutda Dövlət Bayrağı Gününə həsr
olunmuş "dəyirmi masa" da keçirildi. Tədbir Azərbaycanın
Dövlət himninin səsləndirilməsi ilə başladı. İnstitutun
Təhsildə innovasiya kabinetinin təşkilatçılığı ilə
keçirilən "dəyirmi masa"da çıxışlar səsləndirildi.
Çıxışlarda qeyd olundu ki, 2009-cu il noyabrın 17-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis
edilməsi haqqında" sərəncam imzalayıb. Həmin ilin
dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət
Bayrağı Günü kimi rəsmiləşdirib.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı
Meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr
tarixli sərəncamına əsasən Bakıda dünyanın ən hündür
bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı
salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən
hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına
daxil olub və bu barədə müvafiq şəhadətnamə ölkəmizə
təqdim edilib. Həmin şəhadətnamə Dövlət Bayrağı
Muzeyində saxlanılır.
Tədbirdə tələbələrin ifasında bədii kompozisiya təqdim
edildi. Dövlət bayrağına həsr olunmuş şeir və mahnılar
ifa olundu.
Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Həmkarlar
İttifaqı Komitəsi |