Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Azərbaycan-Fransa təhsil əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur

 

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Misir Mərdanov qonağı səmimi salamlayaraq son illər Azərbaycanla Fransa arasındakı əlaqələrin inkişafı istiqamətində atılmış addımlardan söz açıb. Nazir ölkələrarası əlaqələrin genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayıb və onun Azərbaycanla Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

İki ölkə arasında digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışan təhsil naziri bu istiqamətdə bir sıra məsələlərə toxunub. Daha sonra Misir Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. Nazir Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna da diqqət çəkib.

Sonra Misir Mərdanov Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Paskal Mönye öncə bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında "Fransız kəndi" layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.

 Bu görüşün iki ölkənin təhsil əlaqələrinə layiqli töhfələr verəcəyinə əminliyini vurğulayan Misir Mərdanov səfirin fikirləri ilə həmrəy olduğunu açıqlayıb və yaradılacaq işçi qrupuna müvafiq qurumların əməkdaşlarının daxil edilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə təhsil sahəsində səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov