Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli,
2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2012-2013-cü
dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları
və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə
istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"
2008-ci il 25 fevral tarixli, 714 nömrəli Fərmanına
uyğun olaraq, ümumtəhsil məktəbləri və müəllimlərin
müsabiqələrdə iştirakı ilə bağlı elanın mətni və ona
əlavələr təsdiq edilsin (əlavə olunur).
2. 2012/2013-cü dərs ilində müsabiqələrdə iştirak üçün
sənədlərin qəbulu 2012-ci il noyabrın 15-dən başlansın
və dekabrın 25-də başa çatdırılsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 noyabr 2012-ci il |