Bu
günlərdə Biləsuvar şəhərində Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş
idmanın ensin-karate növü üzrə birinci respublika
çempionatı keçirilib.
Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
qeyd olunur ki, Azərbaycan Ensin-Karate Federasiyasının
və rayon gənclər və idman idarəsinin birgə
təşkilatçılığı ilə qəhrəmanın adını daşıyan lisey-məktəb
kompleksində keçirilən yarışlarda Bakı və Lənkəran
şəhərləri, Astara, Salyan, Biləsuvar, Cəbrayıl, İmişli
və Beyləqan rayonlarının 70-ə yaxın yeniyetmə və gənc
idmançısı müxtəlif çəki dərəcələrində qələbə uğrunda
mübarizə aparıb.
Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən
çempionatın məqsədi gənclərdə ensin-karateyə marağı
artırmaq, bu idman növü üzrə dünya və Avropa
çempionatlarında iştirak edəcək Azərbaycan milli
komandasının heyətini formalaşdırmaqdır.
İki gün davam edən çempionatda Biləsuvar rayonunun
komandası birinci, astaralı idmançılar ikinci, salyanlı
karateçilər üçüncü yerləri tutublar.
Qaliblərə medallar, diplomlar və kuboklar təqdim edilib.
|