Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Lisey uğurlarını artırır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında"  imzaladığı  müvafiq sərəncam  Bakıdakı 16 nömrəli Texniki-Humanitar  Liseyin   pedaqoji kollektivi üçün də geniş  imkanlar açdı.  Belə ki,  bütün uğurlarını və qarşıda  duran  problemləri düzgün təhlil edərək imkanlarını səfərbər edən bu təhsil müəssisəsi də şəffaf və ədalətli qaydada keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə qatıldı. 2011-2012-ci  tədris  ilində  keçirilmiş müsabiqənin qalibi olan liseyin  pedaqoji kollektivi bu yüksək mükafata və təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirir.

Direktor Ülviyyə Vəliyeva  bildirdi  ki, dərs ili ərzində  liseydə bütün fənlər üzrə təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə "açıq dərs"lər  təşkil olunub, "dəyirmi masa"lar keçirilib. Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm olaraq görülmüş işlər öz nəticəsini verib.  Liseyi bitirən məzunların böyük əksəriyyəti  yüksək balla respublikanın, eləcə də  xarici ölkələrin   ali məktəblərinə  qəbul olub.

Liseydə Milli Kurikulumun öyrənilməsi və  tətbiqi həmişə diqqət mərkəzində saxlanılır. Ötən  dərs ili  şagirdlər müxtəlif fənn olimpiadalarında iştirak edərək uğurlar qazanıblar. Bu nailiyyətlərin qazanılmasında isə pedaqoji kollektivin hər bir üzvünün əməyi böyük olub. Liseyin təcrübəli pedaqoqları şagirdlərin təlim-tərbiyəsində, gənc müəllimlərin pedaqoji ustalığının artırılmasında var qüvvələrini sərf edirlər.

Təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılır.  İstər informatika, istərsə də digər fənlərin tədrisində  müəllim və şagirdlər İKT-dən  bacarıqla istifadə edirlər. Liseyin müəllimləri kompüter hazırlığı kurslarından keçiblər.

Bu gün  liseydə  şagirdlərin mütaliəsinə, istədikləri ədəbiyyatı əldə etmələrinə də xüsusi fikir verilir.Bu məqsədlə məktəb şagirdlərinin iştirakı ilə pedaqoji kollektiv  kitabxanada maraqlı tədbirlər keçirir. Bu cür tədbirlər şagirdlərin təlim-tərbiyəsində böyük rol oynayır.

Liseyin idman sahəsindəki qazandığı  nailiyyətlər də  böyükdür.

Hazırda qazanılan uğurlara  baxmayaraq  16 nömrəli Texniki-Humanitar Liseyin   müəllimləri heç də   arxayınlaşmır, təlim-tərbiyə sahəsində daha böyük uğurlar əldə etmək üçün qabaqcıl təhsil ocaqları ilə   həmişə əlaqə saxlayır və faydalı tədbirlər həyata keçirmək üçün səylə çalışırlar.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov