Norveçin Berqen Universitetinin "Qrıq" Akademiyası ilə
Bakı Musiqi Akademiyası arasında 5 ildən artıqdır ki,
əməkdaşlıq münasibətləri mövcuddur. İndiyədək bu
əməkdaşlıq çərçivəsində bir çox layihələr həyata
keçirilib. 2008-ci ildə bir qrup Norveç musiqiçisi
ölkəmizdə səfərdə olub, qonaqlar konsert proqramı ilə
çıxış edib və bir sıra görüşlər keçiriblər. 2009-cu
ildən bu günədək BMA-nın 6 tələbəsi müxtəlif
pillələrdə Berqen Universitetində təhsil alır. 2011-ci
ildə isə "Avrasiya" layihəsi çərçivəsində
professor-müəllim mübadiləsinə başlanılıb. Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, prorektor
Yeganə Axundovanın, professor Zəhra Quliyevanın və
başqalarının Norveçə səfərləri nəzərdə tutulub.
Sifai SƏFƏROVA |