Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə konfrans keçirilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində böyük mütəfəkkir, görkəmli yazıçı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyev açmış, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə "M.F.Axundzadənin "Sehr poetikası", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Aydın Talıbzadə "M.F.Axundzadə  fenomeni", sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova "M.F.Axundzadə dramaturgiyasında siyasi-ictimai motivlər", əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu "M.F.Axundzadə maarifçi kimi" mövzularında məruzələr etmişlər.

Konfransda məruzəçilərin bu unikal şəxsiyyət haqqında söylədikləri elmi fikirlər, gəldikləri elmi nəticələr, çıxışlararası yaranan qızğın polemikalar məclis iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Qeyd olunmuşdur ki, bir maarifçi kimi M.F.Axundzadə feodalizmin ayrı-ayrı nöqsanlarını deyil, onu kökündən qırıb atmaq üçün mübarizə aparırdı. Bu onun həm fəlsəfi məqalələrində, həm də bədii əsərlərində öz əksini tapmışdır.

Qeyd edilmişdir ki, M.F.Axundzadənin pyesləri təkcə Azərbaycanda dram sənətinin inkişafı və teatrın yaranması üçün təkan olmamışdır. Bu gün bir çox Şərq ölkələri, postsovet məkanında yaşayan müsəlman-türk xalqları M.F.Axundzadənin fəlsəfi görüşlərindən bəhrələnmiş, onun sənətindən ilhamlanaraq öz dram və teatr əsərlərini yaratmışlar. Bildirilmişdir ki, dramaturgiyamızın banisi, eyni zamanda səhnə sənəti haqqında nəzəri əsərlərin də müəllifidir.

M.F.Axundzadənin realist dramaturgiyası üzərində qurulan teatr sənətimiz bu görkəmli sənətkarın ənənələrini yaşadan neçə-neçə dramaturqun əsərlərindən bəhrələnmişdir.

Elmi konfransda M.F.Axundzadənin əsərlərinə istinad edən məruzəçilər onu insan haqları və bərabərlik haqqındakı fikirlərini də diqqətə çatdırmışlar. 

A.XİLƏLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov