Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Xarici dil təliminin təşkili prinsipləri

 

Xarici dilin tədrisi dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə nəticəyönümlülüyə uyğun olaraq sadədən mürəkkəbə, asandan çətinə prinsipləri əsasında qurulur, şagird nailiyyətlərini izləməyə və qiymətləndirməyə imkan yaradır. Prinsiplər müəyyən edilərkən idraki, informativ-kommunikativ və yaradıcı fəaliyyətlər, düşüncə, emosional və psixomotor bacarıqların formalaşdırılması əsas götürülür. Təlimin idarə olunması üçün xüsusi prinsiplər mövcuddur.  

Ümumi prinsiplər:

* psixoloji müsbət dil mühitinin yaradılması və mənfi çalarları aradan götürmək;

* nəticəyönümlü təlim atmosferi yaratmaq, şəxsi keyfiyyət və dəyər  formalaşdırmaq;

* standart və yeni məzmun xətləri əsasında təlimin real həyatla bağlılığını yaratmaq;

* şagirdyönümlü təlimi, şagirdlərin meyil-maraqları üzərində təşkil etmək;

* bərabərhüquqlu təlim və qarşılıqlı təsir nəticəsində dil mühitinin yaranması;

* inkişafyönümlü təlim və dəstəkləyici mühit yaratmaq;

* intensiv kommunikasiya prosesini təşkil etmək;

* vaxtı düzgün bölüşdürərək fənnə ayrılan saatı dərslər üzrə və səmərəli istifadə etmək;

* şagird nailiyyətlərinin qiymətləndirməsini aparmaq.

Xüsusi prinsiplər:

* şagirdlərlə işin, sinfə giriş, çıxışın, sinifdənxaric işin xarici dildə  aparılması;

* xarici dildə qrammatikanın, fonetikanın, lüğətin məzmun xətləri daxilində öyrədilməsi;

* funksional dil materiallarının tərkibində müvafiq qrammatik materialın nəzərə alınması;

* müəllimin tələffüzünün, danışıq sürətinin şagirdlər üçün nümunə olması;

* audio-vizual vasitələrdə səslənən tələffüzün müəllimin tələffüzündən çox fərqli olmaması;

* leksik vahidlərin nitqdə sərbəst və sürətli işlədilməsinə nail olmaq üçün şagirdlərə eyni bir situasiyaya aid müxtəlif materialların təqdim olunması;

* şagirdə seçmək, öyrənmək və istifadə etmək üçün geniş söz ehtiyatının nəzərdə tutulması və s;

* dərslərin planlaşdırılması zamanı müəyyən tarixi gün, bayram və hadisələrin tarixlərinin nəzərə alınması;

* kommunikativ və interaktiv metodlarla xarici dillərin öyrənilməsi, şagirdlərin reseptiv, produktiv, interaktiv və mediasiya bacarıqlarını inkişaf etdirmək;

* idraki, koqnitiv, metakoqnitiv və sosialeffektiv strategiyaların tətbiqi;

* tapşırıqlı təlim və problemlər üzərində təlimin təşkili; 

* kooperativ təlim forması olan qruplar, cütlər və fərdi işlərin təşkili;

* müxtəlif vizual əyaniliklərin təmin olunması;

* autentik materiallara təlimin tətbiqində geniş yer vermək;

* İKT vasitəsilə dilin öyrənilməsinə nail olmaq;

* şagirdlərdə dinləmək, ünsiyyət, bilik və təcrübi bacarıqların formalaşdırılması;

* şagirdlərdə diqqətlə dinləmək, danışmaq və müşahidə qabiliyyətlərinin formalaşdırılması;

* kontekst  daxilində  fikrini sərbəst ifadə etmək üçün imkanın yaradılması;

* kommunikativ vərdişlərin əldə olunması üçün real həyatla bağlılığın yaranması.

Xarici dil təlimini səmərəli qurmaq, ümumi məqsədə çatmaq üçün mühüm vəzifələrin həyata keçirilməsinə nail olmaq həm də aşağıdakı tələblərin nəzərə alınmasından asılıdır:

* Şagirdlərin vacib linqvistik (fonetik, orfoqrafik, leksik və s.) biliklərə yiyələnməsi;

* Şagirdlərin dili öyrənilən ölkələrin mədəniyyət və ənənələri ilə tanış edilməsi, onlarda xarici dil və mədəniyyətlərarası mühitdə öz ölkəsini və onun mədəniyyətini təmsil etmək bacarıqlarının formalaşdırılması;

* Nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf etdirilməsi;

* Dil duyumunun, yaddaşın bütün növlərinin, məntiqi, tənqidi və yaradıcı təfəkkürün (təhlil, müqayisə, ümumiləşdirmə, nəticə çıxarma və s.) formalaşdırılması və inkişaf etdirilməsi;

* Vətəndaşlıq keyfiyyətlərinin, digər mədəniyyətlərə hörmət hissinin tərbiyə olunması.

Yeni metodologiyanı tətbiq etməyi bacaran, yeni üsullarla təlimi idarə, şagirdyönümlü dərsi təşkil edən, sinfi müxtəlif üsullarla ələ alan, liderlik bacarığı olan və qiymətləndirmə sistemini tətbiq etməyi mənimsəyən hər xarici dil müəllimi bu prinsiplərdən faydalana və gələcək işlərində uğurla tətbiq edə bilər.  

Nabat ƏYUBOVA,
Bakıdakı 42 nömrəli tam orta
 məktəbin ingilis dili müəllimi
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov