Bu günlərdə Təhsil Problemləri İnstitutu Kurikulum
Mərkəzində biologiya fənni kurikulumunda
biomüxtəlifliyin nəzərə alınması məsələsi müzakirə
edilib.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor
müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov,
biologiya fənni üzrə işçi qrupunun üzvləri Bakıdakı 83
nömrəli məktəb-liseyin müəllimi Nüşabə Məmmədova, 47
nömrəli tam orta məktəbin müəllimi Brilyant Həsənova,
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi Könül
Mahmudova, biomüxtəliflik üzrə mütəxəssis Şahin İsayev
və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
nümayəndəsi Daniel Kebşul iştirak ediblər.
"Cənubi Qafqazda biomüxtəlifliyin qorunması" layihəsi
çərçivəsində təşkil edilən müzakirədə müasir dövrdə
biologiya fənninin məqsəd və vəzifələri, məzmunu,
siniflər üzrə nəticələrlə bağlı fikir mübadiləsi
aparılmış, kurikulumda biomüxtəlifliklə əlaqədar geniş
imkanlar olduğu qeyd olunmuşdur.
Çıxış edənlər həmçinin bu məsələnin reallaşdırılması
istiqamətində müvafiq tədris resurslarının
hazırlanmasının zəruriliyini vurğulayıblar.
Samirə HÜSEYNQIZI |