Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Xaçmazda təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilib

 

Oktyabrın 30-da Xaçmaz Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər bildirmişlər ki, Prezident İlham Əliyevin ötən il Xaçmaza səfərindən sonra rayonda abadlıq-quruculuq işləri daha böyük vüsət almışdır.

Qeyd edilmişdir ki, dövlətin təhsilə qayğısı nəticəsində son illər rayonda çoxlu sayda yeni, müasir tələblərə uyğun məktəb binaları tikilmişdir. Bu il rayonda ümumi şagird sayı 1120 nəfər olan iki məktəb binası istifadəyə verilmişdir. Hazırda Müzəffəroba kəndində 180 şagird yerlik məktəbin tikintisi davam etdirilir. Müasir üslubda inşa olunmuş rayon təhsil şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi təhsil işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilmişdir.

Yeni inzibati binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar burada yaradılan şəraitlə tanış olmuşlar. Müasir istilik sistemi ilə təmin edilmiş inzibati bina ümumilikdə 20 iş otağından ibarətdir. Yeni inzibati bina ikimərtəbəlidir, 1000 kvadratmetr sahəyə malikdir və lazımi texniki avadanlıq, inventarla təchiz olunmuşdur, bütün otaqlardakı kompüterlər İnternetə qoşulmuşdur. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov