Bakıdakı Atatürk parkında Yeni Azərbaycan Partiyası
(YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə rayon
ərazisində yerləşən ali məktəblərin yaradıcı
tələbələrinin sərgisi keçirilmişdir.
Sərgidə Azərbaycan Universitetinin (AU) tələbələri də
iştirak etmişlər. AU-dan AzərTAc-a bildirmişlər ki,
tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli
Məclisin deputatı Məlahət İbrahimqızı sərginin
əhəmiyyətindən söz açaraq Yeni Azərbaycan Partiyasının
20 illik yubileyi münasibətilə bu cür silsilə
tədbirlərin keçiriləcəyini bildirmişdir. O demişdir:
"Nəzərdə tutulmuş tədbirlərin əsas hissəsi gənclərin
iştirakı ilə reallaşacaqdır. Gənclərimiz çox fəal və
hərtərəfli inkişaf etmişlər. Bunu nəzərə alaraq biz
universitetlərdə təhsil alan istedadlı gənclərin
sərgisini təşkil etmişik. Sərginin əsas məqsədi
bacarıqlı, fəal gəncləri üzə çıxarmaq və onları
ictimaiyyətə təqdim etməkdir. Gənclərimizə bu işdə
dəstək vermək bizim borcumuzdur. İnanırıq ki, onlar
sərgidən məmnun qalacaqlar".
Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı
Slavyan Universiteti, Bakı Avrasiya Universiteti,
Azərbaycan Tibb Universiteti tələbələrinin iştirak
etdikləri sərgidə yaradıcı gənclərin rəsm əsərləri və əl
işləri nümayiş olunmuşdur. Sərgi çərçivəsində təşkil
edilmiş yarmarkada gənclərin əl işlərinin satışı da
olmuşdur. |