Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Türkiyənin Qars şəhərində Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin tikintisində tamamlanma işləri görülür

 

Azərbaycanın Qarsdakı baş konsulluğundan bildirmişlər ki, baş konsul Ayxan Süleymanov və Qars valisi Eyüp Tepe liseyin binasında inşaat işlərinin gedişi ilə tanış olmuşlar. İnşaat şirkətinin nümayəndələri 32 sinif, geniş toplantı zalı, kitabxana və idman meydançasından ibarət olacaq liseyin binasında aparılan işlər haqqında ətraflı məlumat vermişlər.

A.Süleymanov vurğulamışdır ki, Azərbaycan Dövlət Neft Şirkətinin Qarsın Yenişehir məhəlləsində inşa etdirdiyi bu lisey gələn il istifadəyə veriləcəkdir. Bu təhsil ocağı güclü iqtisadiyyatı olan Azərbaycanın Türkiyənin Qars şəhərində yaşayan qardaşlarımıza daha bir hədiyyəsi olacaqdır.

Vali E.Tepe təməlini Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qoyduğu Heydər Əliyev adına Liseyin türk dünyasının dahi şəxsiyyətinin adını daşıdığını, onun "Bir millət, iki dövlət" müdrik kəlamına uyğun olaraq getdikcə güclənən qardaşlıq əlaqələrimizin daha bir simvolu olduğunu söyləmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov