Oktyabrın
15-də Bakı Dövlət Universitetində Yeni Azərbaycan
Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar olaraq
YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının
futbol komandaları arasında açılış mərasimi keçirilib.
Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor,
akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin
tarixi xidmətlərindən danışıb, ölkə həyatında -
siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər
sahələrdə həyata keçirilən islahatlardan, möhtəşəm
layihələrdən bəhs edib. lXoşbəxt o xalqdır ki, onun
ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki,
həmin siyasi kurs ölkədə uğurla davam etdirilir» deyən
rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük
şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Ulu
öndərin elmin, təhsilin inkişafına, alimlərin sosial
vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük
diqqət və qayğı ilə yanaşdığı, həmin siyasi kursun bu
gün Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizdə
idmana göstərilən xüsusi dövlət qayğısından da söz
açılıb.
Sonra yarış haqqında məlumat verilib. Bildirilib ki,
mübarizə 12 komanda arasında 3 qrupda davam edəcək.
Qalib komandaya 1200, 2-ci yerin qalibinə 900, 3-cü
yerin qalibinə isə 600 manat pul mükafatı və hədiyyələr
təqdim ediləcək.
Sonra Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı
Nazirliyinin komandaları arasında oyun başlayıb.
Mübarizə 1:0 hesabı ilə BDU təmsilçilərinin xeyrinə
başa çatıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |