Bu günlərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində fəaliyyət
göstərən veteran müəllimlər şurasının hesabat-seçki
yığıncağı keçirilib. Yığıncağı təhsil şöbəsi
metodkabinetinin direktoru, Azərbaycanın əməkdar
müəllimi Sabir Məmmədov açaraq iştirakçıları gündəlikdə
duran məsələlərlə tanış edib. Şuranın sədri Məşdi
Zeynalov rəhbərlik etdiyi qurumun son bir ildə gördüyü
işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Çıxış edənlər ötən müddət ərzində şurada aparılmış
işlər barədə öz fikir və təkliflərini söyləyiblər.
İclasda Məşdi Zeynalov açıq səsvermə yolu ilə üçüncü
dəfə seçilərək təhsil şöbəsi veteran müəllimlər
şurasının sədri olub. Eyni zamanda yığıncaqda
respublika veteran müəllimlərinin konfransında iştirak
etmək üçün 10 nəfər nümayəndə seçilib.
ƏDALƏT |