Bakıdakı 263 nömrəli tam orta məktəbdə dövlət
müstəqilliyimizin bərpasının 21 illiyi ilə əlaqədar
tədbir keçirildi. Müəllim və şagirdlərin iştirakı ilə
keçiriən tədbirə başlamazdan əvvəl Dövlət himni
səsləndi. Sonra tədbiri məktəbin direktoru Nəsimi
Abbasov açaraq dövlət müstəqilliyimizin bərpasının
21-ci ildönümü münasibətilə müəllimləri və şagirdləri
təbrik etdi. O, xalqımızın azadlıq və müstəqillik
tarixinə nəzər saldı. Qeyd etdi ki, xalqımızın əldə
etdiyi azadlıq və müstəqillik böyük çətinliklər
hesabına qazanılıb.
Tədbirdə müstəqil Azərbaycanın qurucusu, ümummilli
lider, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən
danışıldı.
Məktəbin tarix müəllimi Təranə Balayeva, Ağ Ciyər
Xəstəlikləri İnstitutunun həkimi, şair-publisist Taleh
Abbas və başqaları çıxış edərək dövlət müstəqilliyinin
bərpasının tarixi əhəmiyyətindən söz açdılar.
Şagirdlərdən Fatma Hümbətli, Əfsanə Abbasova, Yaqub
Yaqubov və başqaları dövlət müstəqilliyinə, müasir
Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevə və Vətənə
aid şeirlər söylədilər, mahnı oxudular və rəqs etdilər.
Bir sözlə, şagirdlər, sözün əsl mənasında, müstəqillik,
azadlıq məfhumlarının nəinki bütövlükdə bir xalqın,
həmçinin ayrılıqda hər bir insan həyatının ən vacib və
ən dəyərli yaşam tərzi, qazandığı ən böyük nailiyyət
olduğu fikrini vurğuladılar .
Tədbir dövlət müstəqilliyinin bərpasının 21-ci
ildönümünə həsr olunmuş ədəbi kompozisiya ilə başa
çatdı.
Şakir CƏFƏROV |