Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev görkəmli
Azərbaycan şairi Xurşidbanu Natəvanın 180 illik
yubileyinin keçirilməsi ilə bağlı sərəncam
imzalamışdır.Həmin sərəncama əsasən Naxçıvan Müəllimlər
İnstitutunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı institutun elmi işlər üzrə prorektoru Yaqub
Məmmədov açaraq şairin həyat və yaradıcılığı haqqında
ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvan
parlaq istedada və qabaqcıl ideallara malik olan
şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və
ictimai həyatında dərin izlər qoymuşdur.
Diqqətə çatdırılmışdır ki, Füzuli poeziyasından
bəhrələnən şairin qəzəllərindəki incə lirizm, dərin
məzmun, yüksək emosiya onu bir sənətkar kimi zamanın
yaddaşından silinməyə qoymamış, Natəvan lirikası öz
təravətini saxlamışdır.
İnstitutun tərbiyə işləri üzrə prorektoru Sədaqət
Həsənova çıxış edərək şairin ədəbiyyatımıza bəxş etdiyi
maraqlı şeir nümunələrinin bütün zamanlarda öz
təravətini itirməyəcəyini və onun əziz xatirəsinin
xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişdir.
Sonra məktəblilər Xurşidbanu Natəvanın şeirindən
nümunələr söyləmişlər.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |