Bakının Nərimanov rayonundakı mərkəzi kitabxanada
"Əsrin bəlası" mövzusunda tədbir keçirilib. Tədbirdə
Azərbaycan Dillər Universitetinin, Sumqayıt Dövlət
Universitetinin tələbələri və Bakıdakı 200 nömrəli tam
orta məktəbin şagirdləri iştirak ediblər. Çıxışlarda
gənc və yeniyetmələr arasında narkomaniyanın insan
sağlamlığında törətdiyi fəsadlardan və ölkəmizdə bu
istiqamətdə aparılan maarifləndirmə işlərindən bəhs
edilib.
Sonda mövzu çərçivəsində nəşr olunan kitab və mətbuat
nümunələri nümayiş olunub və suallar cavablandırılıb.
Sifai SƏFƏROVA |