Oktyabrın
4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi və
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı
ilə "Azərbaycanda elm və texnologiyalar sahəsində
"Thomson Reuters" agentliyi ilə əməkdaşlığın
perspektivləri" mövzusunda elmi konfrans keçirildi.
Tədbirdə "Thomson Reuters" agentliyinin icraçı
vitse-prezidenti Keyt Makqreqor, Mərkəzi və Şərqi Avropa
ölkələri üzrə direktoru David Horki, Təhsil
Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin, AMEA-nın
nümayəndələri iştirak edirdi.
Konfransda Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və "Thomson Reuters" agentliyinin "Elmi
mükəmməlliyə görə" birgə mükafatlarının təqdimatı da
oldu.
Akademiklər Əli Abbasov və Fikrət Əliyev "Thomson
Reuters" agentliyinin bazasına daxil olan və impakt
faktoru alan ilk Azərbaycan beynəlxalq elmi jurnalın
("Applied and Computational Mathematics" - "Tətbiqi və
hesablama riyaziyyatı") baş redaktorları kimi təltif
edildilər. |