Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası (DİA), Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan
Tibb Universiteti və Bakı Musiqi Akademiyasının tələbə
gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə
"dəyirmi masa" keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər
ki, bu ali məktəbdə keçirilən "dəyirmi masa" DİA tələbə
gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə
reallaşdırılmışdır.
Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə
prorektoru, professor Əlikram Abdullayev, DİA həmkarlar
ittifaqı komitəsinin sədri Yusif Ağayev tədbirin
əhəmiyyətindən danışmışlar.
DİA tələbə gənclər təşkilatının sədri Toğrul Niyazlı
tədbirdə tələbələrin müvafiq Konsepsiyanın hazırlanması
zamanı təkliflərlə çıxış etmələrinin önəmli olduğunu
bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanda gənclərin
ölkəmizin ictimai həyatında iştirakı üçün yaradılan hər
cür şərait bu gün artıq onların respublikamızın
inkişafında və gələcəyə baxışlarında rolunu daha da
artırmışdır.
"Dəyirmi masa"da iştirak edən ali təhsil müəssisələrinin
tələbə gənclər təşkilatlarının nümayəndələri müxtəlif
təkliflərlə çıxış etmişlər. |