Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konfransı keçirildi

 

11-13 oktyabr 2012-ci il tarixində Qafqaz Universitetində II Beynəlxalq Turk xalqları uşaq ədəbiyyatı konfransı keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, "Çağ" Öyrətim İşlətmələri Qafqaz Universiteti, Turkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə təşkil olunmuş konfransda 9 ölkədən nümayəndələr -alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetdən elm adamları iştirak edirdilər.

Konfransın oktyabrın 11-də keçirilən açılış tədbiri vətən uğrunda mübarizələrdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Sonra açılış sözü söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç nümayəndələri salamlayaraq bu mövzuda ilk konfransın 2008-ci ildə keçirildiyini bildirdi. Qeyd etdi ki, birincidə olduğu kimi bu konfransda da məqsəd milli, mənəvi, mədəni dəyərlər və millətlərin gələcəyi baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynayan uşaq ədəbiyyatına diqqəti cəlb etmək, türk xalqlarının mövzu ilə əlaqədar klassik və çağdaş əsərlərini tanıtmaq, türk xalqları arasında bu günədək görülmüş işlərin təbliğinə, inkişafına, ortaq bir müstəviyə daşınmasına nail olmaq, bu sahədə müştərək cəhətləri müəyyənləşdirmək, yazılmış yeni əsərlər və onların müəlliflərinin tanıdılmasına səy göstərmək, yazıçı və şairləri türk toplumlarının ortaq dəyərlərini əks etdirən əsərlər qələmə almağa təşviq etmək, 2008-ci ildə keçirilmiş ilk konfransın nəticələrini təhlil edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir. Rektor birinci konfransda olduğu kimi bu konfransda da təqdim olunmuş məruzələrin kitab şəklində çap olunaraq iştirakçılara paylanacağını, Türkiyədə çap olunmuş 2 hekayə kitabının Azərbaycan dilinə çevrilərək çap edildiyini diqqətə çatdırdı. Bildirdi ki, konfransda 37-si xarici ölkələrdən olmaqla bütövlükdə 95 məruzə təqdim ediləcəkdir.

Professor A.Saniç gələcəyimizin təminatı olan uşaqların tərbiyəsində ədəbiyyatın mühüm rol oynadığını vurğulayıb, onların bu ədəbiyyatla təmin olunmasında uşaq yazarlarının, təlim-tərbiyə müəssisələrinin, valideynlərin üzərinə ciddi vəzifələr düşdüyünü söylədi və "Uşağınızı sevirsinizsə ona bir kitab hədiyyə edin, əgər çox sevirsinizsə iki kitab hədiyyə edin" hikmətli kəlamını misal gətirdi.

Rektor universitetləri haqqında da məlumat verib, onun fəaliyyətə başlamasının iyirminci ilinin sevincini yaşadıqlarını, bu dövr ərzində ümummilli lider Heydər Əliyevdən, Prezident İlham Əliyevdən, Təhsil Nazirliyindən, Azərbaycan və Türkiyə dövlət işçiləri və xalqından ən yüksək səviyyədə dəstək və himayə gördüyünü, ilk illərdəki coşqu ilə etimada sədaqətlə dünya universiteti olma yolunda uğurla irəliləməyə davam etdiyini diqqətə çatdırdı və tədbirin təşkilində sponsorluq etmiş qurumlara minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzuladı.

Konfransda təbrik nitqi söyləyən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, konfransın Azərbaycanın tarixində önəmli rol oynayacağına ümid etdiyini söylədi. Belə bir konfransın Qafqaz Universitetində keçirilməsini yüksək qiymətləndirən nazir bu ali məktəbin təxminən Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu konfrans iştirakçılarının, xüsusən də qonaqların diqqətinə çatdırdı. Bildirdi ki, Qafqaz Universiteti  özəl ali təhsil müəssisəsi olaraq Azərbaycanda nümunəvi və ən öndə gedən bir təhsil ocağına çevrilmişdir. Təkcə Qafqaz Universiteti deyil, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda qurduğu liseylər də ölkəmizin təhsil sistemində nümunə olan məktəblərdir. Bütün bunlara görə nazir "Çağ" Öyrətim İşlətmələri Şirkətinin əməkdaşlarına təşəkkürünü bildirdi.

Konfransda uşaq ədəbiyyatı ilə bağlı dəyərli çıxışlar olacağına əminliyini bildirən Misir Mərdanov tədbirin türk xalqlarının çoxsaylı nümayəndələrini, alimləri bir araya gətirib görüşdürmək baxımından da mühüm əhəmiyyət kəsb etdiyini söylədi və təşkilatçılara minnətdarlığını bildirdi, belə konfransların ənənəvi keçirilməsini arzu etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Aslan da təbrik çıxışları edərək konfransın əhəmiyyətini vurğulayıb, işinə uğurlar arzuladılar.

Xalq artisti Ağadadaş Ağayev konfrans iştirakçılarını mahnılarla salamladı. Təşkilatçılar adından konfransın qızıl sponsorları olan Azərbaycan Amerika Alyansı və "Azərsun" Holdinq şirkətinə, gümüş sponsorları olan Türk İşbirliyi və Kordinasiyon Alyansı Başkanlığına, "Ulduz" Şokolad Fabrikinə, Kaynan Kultur Yayın qrupuna və "Baksell"ə plaketlər təqdim olundu. Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının üzvləri olan Bakıdakı 190 nömrəli tam orta məktəbin şagirdləri konfrans iştirakçıları qarşısında maraqlı bədii proqramla çıxış etdilər.

Açılış mərasimindən sonra Qafqaz Universiteti türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Ömer Okumuş bəyin rəhbərliyi ilə konfransın plenar iclası keçirildi. İclasda professor Qara Namazov, uşaq ədəbiyyatı yazıçısı Bestami Yazğan çıxış etdilər.

Konfransın ikinci iş günü keçirilən bölmə iclaslarında 90-dan çox məruzə dinlənildi. Həmin günün sonunda isə yekun iclas oldu.

Konfransın üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamları Bakı şəhəri ilə tanış olub tarixi məkanlara baxdılar. Bununla da II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konfransı öz işini başa çatdırdı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov