Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

Oktyabrın 18-də Azərbaycan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı mərasim iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirdi ki, respublikamız məhz 1991-ci il oktyabrın 18-dən dünya birliyinin müstəqil ölkələri sırasında dayandı. Rektor qeyd etdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikası çox məhrumiyyətlərlə üz-üzə qaldı, müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycan çox böyük çətinliklər içində idi. Azərbaycanın torpaqları erməni millətçiləri tərəfindən işğala məruz qalmışdı. Məhz o dövrdə ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün tarixi hadisə oldu. Məhz 1994-cü ilin 15 oktyabr tarixindən etibarən ulu öndərimizin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü kimi hər il qeyd edilir. Əldə olunmuş müstəqilliyimizin  qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. Ümummilli liderin daxili və xarici  siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İnstitutun ictimai fənlər kafedrasının dosenti Səttar Allahverdiyev "Azərbaycanda milli azadlıq hərəkatını doğuran səbəblər" mövzusunda, dosent əvəzi Namiq Əliyev "Müstəqillik dövründə Azərbaycanın nailiyyətləri", tələbələr Bəylər Əzimov "Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı" mövzusunda, Səbinə Amanlı "Müstəqillik illərində elm və təhsilin inkişafı", Əfsanə  Əzizova "Müstəqil Azərbaycanda idmanın inkişafı" mövzularında çıxış etdilər.

Bununla yanaşı, oktyabrın 17-də Azərbaycan Müəllimlər İnistitutunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Azərbaycan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə "Nə? Harda? Nə zaman?"  intellektual oyunu keçirildi. Oyunda komandalar ixtisas adlarına uyğun olaraq "Dilçilər", "Riyaziyyatçılar", "Pedaqoqlar", "Psixoloqlar" və "Tərbiyəçilər" olmaqla 5 komandaya bölünmüşdülər. Yarış 5 turdan ibarət idi və hər turda komandalara 10 sual təqdim olundu. Oyun ərzində düzgün cavabları çox olan komandalar növbəti tura keçdilər. Yarışda 3 komanda qalib oldu. I yeri "Psixoloqlar", II yeri "Dilçilər", III yeri isə "Riyaziyyatçılar" tutdular. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və hədiyyələrlə təltif olundular.  

Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov