Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

Oktyabrın 16-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib.

Abşeron-Ceyranbatan Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şahrza Ağayev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Ş.Ağayev Abşeron-Ceyranbatan Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb.

15 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov 15 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.

Daha sonra 1 nömrəli Bakı Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Tərminə Yusufova çıxış edib. T.Yusufova təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib.

Yevlax Peşə Məktəbində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Qəhrəman Hacıyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb.

Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

 Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

İclasda Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov