Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

YUNESKO-da xoşməramlı səfirlərin illik toplantısı keçirilib

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva toplantıda iştirak edib 

Oktyabrın 16-da Parisdə YUNESKO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda iştirak etmişdir.

Oktyabrın 16-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəldi.

YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Builki toplantı 2012-ci ildə dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunmuşdur.

Toplantıda çıxış edən YUNESKO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi təşkilatın prioritetləri və strategiyası barədə danışdı. Bildirdi ki, YUNESKO-nun yeni gündəliyinə "mədəni dünya və davamlı inkişaf" strategiyasının həyata keçirilməsi də daxildir. Bu sırada təhsil, elm, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, sıx əməkdaşlıq mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. "Dünyada milyonlarla insanın təhsil hüququndan məhrum olduğunu nəzərə alsaq, o zaman bu sahənin inkişafının müasir günümüzdə nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik", - deyən İrina Bokova bu sırada qızların təhsilinin daha çox diqqət mərkəzində saxlanmasının vacibliyini vurğuladı.

YUNESKO-nun 22 xoşməramlı səfirinin və dünyanın müxtəlif ölkələrindən dəvət edilən onlarla sülhməramlı artistin iştirak etdiyi toplantıda təhsil və onun inkişafı ilə bağlı müzakirələr aparıldı.

Xoşməramlı səfirlər çıxışlarında dünyada təhsilin inkişafını nəzərdə tutan və YUNESKO tərəfindən irəli sürülən təşəbbüsün dəstəklənməsinin əhəmiyyətinə toxunaraq ölkələrində bu məqsədlə həyata keçirilən layihələrdən danışdılar.

Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək dünyada YUNESKO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar YUNESKO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. YUNESKO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda fəallıq göstərirlər. Bu ümumdünya məqsədlərinin reallaşmasında Azərbaycan da yaxından iştirak edir. Təsadüfi deyil ki, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov