Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatıb

 

Ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda təməli qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanmış və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi olduqca qısa müddət ərzində, cəmi 270 günə başa çatdırılmışdır. Liseyin tikintisi davam edərkən burada təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan edilmiş və 180 nəfər seçilmişdir. Gələcəkdə şagirdlərin sayının 720 nəfərə çatdırılması planlaşdırılır.

"SOCAR-Türkiyə Enerji" şirkətinin prezidenti və "Petkim" neft-kimya holdinqinin idarə heyətinin üzvü Kənan Yavuz ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil sahəsində ən önəmli simvoluna çevriləcəyini bildirmişdir.

K.Yavuz qeyd etmişdir ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi hazırda Türkiyənin ən gözəl və modern təhsil ocaqlarından biridir. Liseydə təhsil alan şagirdlər tədris prosesində istehsalat praktikasına cəlb ediləcək, ən bacarıqlı məzunlar isə SOCAR-ın Türkiyə və Azərbaycanda həyata keçirdiyi layihələrdə işlə təmin olunacaqlar.

Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi 22 hektar ərazidə kampus sisteminə uyğun qurulmuşdur. 216 şagird üçün pansionat tipli yataqxana və 300 nəfərlik konfrans zalına malik liseyin sinif otaqları müasir texniki avadanlıqlarla təchiz edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov