Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr
2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş
"Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq
sənədin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq
rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili
modul-kredit əsaslı yeni model üzrə həyata
keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə
keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi
tərəfindən "İxtisasartırma təhsilinin Kurikulum
Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi
barədə" 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr
verilmişdir. Həmin əmrlə ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə
verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün
müvafiq komissiya yaradılmışdır.
İxtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsinə dair təlimata əlavədə (Əlavə 1)
proqramların qiymətləndirməyə təqdim edilməsi üçün
formalar və onların doldurulmasına dair göstərişlər qeyd
olunmuşdur. Əlavə təhsil müəssisələri məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil
müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün
hazırladıqları ixtisasartırma təhsili proqramlarını
qiymətləndirmədən keçirmək üçün cari ilin dekabr
ayının 29-dək Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinə təqdim edə bilərlər.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 oktyabr 2012-ci |