Oktyabrın
18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Bakir İzetbeqoviç Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra
Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin
imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya
və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya
və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç
imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Bosniya və
Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka
görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın qarşısının alınması
haqqında Konvensiya"nı Azərbaycan Respublikasının xarici
işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və
Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç
imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Bosniya və
Herseqovina Nazirlər Şurası arasında diplomatik və
xidməti pasportlara malik şəxslərin viza tələbindən azad
edilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya
və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç
imzaladılar.
AzərTAc |