Oktyabrın
6-da Beynəlxalq Müəllimlər Günü münasibəti və gənclərdə
şahmat idman növünə marağın artırılması məqsədi ilə
Azərbaycan Müəllimlər İnstitutunun tələbələri arasında
şahmat turniri keçirildi. Turnir Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi və Azərbaycan Müəllimlər İnstitutunun
birgə təşkilatçılığı ilə baş tutdu. Yarışda institutun
bütün ixtisas və kursları üzrə şahmata həvəsi olan
tələbələr iştirak etdilər. Yarışın gedişatı Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin məsul işçiləri Samir
Kazımov və Salman Əbdülov, institutun tərbiyə işləri
üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru
Rəşad Sadıqov və ictimai təşkilatların nümayəndələri
tərəfindən izlənildi.
Dünyanın ən qədim oyunlarından olan şahmat üzrə 4 saat
davam edən turnirin yekununda ilk üç yerin qalibi diplom
və dəyərli hədiyyələrlə mükafatlandırıldı. Şahmat
turnirinin qalibləri müvafiq olaraq I yer - I kurs
tələbəsi Tural Hacıyev, II yer - III kurs tələbəsi İkram
Quliyev, III yer - Sənan Cəfərquliyev oldular. |