Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Coğrafiya dərslərində müstəqil işlərin təşkili

 

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.  Artıq neçə illərdir ki, respublikamızda təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Ümumi təhsil sistemində aparılan tədqiqat və təhlil nəticəsində islahat hədəfləri düzgün müəyyənləşdirilib və buna uyğun dəqiq fəaliyyət proqramı hazırlanıb. Bildiyimiz kimi, 2008-2009-cu tədris ilindən etibarən ümumi təhsil məktəbləri ibtidai təhsil səviyyəsində tədrisə yeni fənn kurikulumları və dərslik komplektləri ilə başlayıb. Artıq əsas və orta təhsil pilləsində müəllimlər öz işlərini dövrün tələbləri səviyyəsində qurmağa çalışırlar. Bunu bizdən şagirdlərin meyil və maraqları, onların yaradıcılıq, bilik, bacarıq və vərdişlərinin inkişafı, müasir texniki vasitələrə maraq hissinin artması tələb edir.

Mən də bir coğrafiya müəllimi kimi təhsilimizdəki yenilikləri, yeni təlim, forma və üsulları, təlimin təşkilinə verilən əsas tələbləri öz pedaqoji fəaliyyətimdə tətbiq etməyə səy göstərirəm. Bu istiqamətdə əsas qiymətləndirmə növlərindən istifadə edirəm. Çalışıram ki, müəllim-şagird münasibətlərini düzgün quram, hər bir şagirdin nəyi bildiyini, onun qabiliyyətini, istedadını düzgün istiqamətləndirim, psixoloji xüsusiyyətlərini öyrənməyə səy göstərim.

Coğrafiya dərslərində müstəqil işlərin təşkili üçün hazırladığım iş vərəqləri şagirdlərin bir-birinə olan münasibətlərinə, bilik səviyyəsinə uyğun, aydın başa düşəcəyi səviyyədə olur. Bu üsulla şagirdlərdə məntiqi təfəkkür və anlam vərdişlərini təkmilləşdirməyə, fikri fəaliyyət vərdişlərini inkişaf etdirməyə, əvvəllər qazandıqları biliklərin səfərbər olunmasına çalışıram.

Qruplarda iş zamanı birgə çalışan şagirdlər müzakirə keçirir, öz təkliflərini verir, suallarla müraciət edirlər. Əgər qrupdakı şagirdlərə eyni tapşırıqlar verilərsə, tapşırığın cavabını əvvəlcə zəif şagirddən soruşmaq lazımdır. Müəllim tapşırıqları yerinə yetirən zaman şagirdlərə istiqamət verməli, sakit tərzdə başa salmalıdır.

Müstəqil iş vərəqlərinin tərtibində müəllim mühüm nəzəri biliklərə və praktiki bacarıqlara, kifayət qədər təcrübəyə malik olmalıdır. Şəraiti, şagirdlərin hazırlıq səviyyəsini, psixoloji xüsusiyyətlərini nəzərə almalı və işə yaradıcı şəkildə yanaşmalıdır.

Yaradıcılıq və pedaqoji ustalıq müvəffəqiyyətin rəhnidir.

22 illik pedaqoji fəaliyyətim dövründə yaradıcı olmağa, öz tədqiqatçılıq fəaliyyətimi düzgün istiqamətləndirməyə çalışıram. Eyni zamanda İKT kurslarından bəhrələnməyə, mətbuat səhifələrindəki yenilikləri izləməyə və onlardan düzgün nəticə çıxarmağa səy göstərirəm. Məqsədim milli və bəşəri dəyərlərə malik, bacarıqlı, humanist şəxsiyyətlər yetişdirməkdir. Ümumiyyətlə, vətəninə, xalqına, millətinə məhəbbəti olan hər bir təhsil işçisi bu istiqamətdə əzmlə çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır. 

İlhamə BƏYLƏROVA,
Bakıdakı 49 nömrəli  "İntellekt" liseyinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov