Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

"Times Higher Education" jurnalı 2012-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb

 

 "Times Higher Education" jurnalı 2012-ci il üzrə dünyanın 400 ən yaxşı universitetinin reytinq cədvəlini dərc edib. 

Bu siyahıda birinci yeri yenə də Kaliforniya Texnologiya İnstitutu tutub. Ümumilikdə, ilk onluğa yeddi ABŞ ali məktəbi daxil olub. İkinci yerə ötən il dördüncü olan Böyük Britaniyanın Oksford Universiteti və ABŞ-ın Stenford Universiteti layiq görülüblər. Harvard Universiteti bu il dördüncü sıraya düşüb. ABŞ universitetlərindən başqa top-onluqda Böyük Britaniyanın Kembric Universiteti yeddinci və London İmperial Kolleci səkkizinci yerlərdə qərarlaşıb. 

Rusiya ali məktəbləri artıq ikinci dəfədir ki, planetin 200 ən yaxşı universiteti sırasına daxil ola bilməyib. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 201-225-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Otən il M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 276-dan 300-ə qədər olan ali məktəblər qrupuna daxil idi.

"Times Higher Education" jurnalının redaktoru Fil Beyti reytinqin yekun cədvəlini belə şərh edib: "Rusiya üzrə nəticələr birmənalı deyil. Rusiyanın ən yaxşı ali məktəbi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti dünyanın 200 ən yaxşı universiteti siyahısından kənarda qalmasına və bu səbəbdən narahatlıq doğurduğuna baxmayaraq, o həmin siyahıya yaxınlaşıb. Əgər Rusiya islahatlar kursunu və beynəlxalq inteqrasiya siyasətini daha sıx davam etdirsə, biz ümid edirik ki, onun çox yaxşı perspektivi var".  

Kaliforniya Texnologiya İnstitutuEyni zamanda F.Beyti başqa problemləri də diqqətə çatdırıb. Məsələn, builki siyahıda Sankt-Peterburq Universiteti dünyanın 400 ən yaxşı universiteti siyahısından çıxarılıb.

Türkiyənin Orta Doğu Texniki Universiteti də "Times Higher Education" jurnalının siyahısında 201-225-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Türkiyənin Bilkənd və Koç universitetləri, eləcə də Rusiyanın Moskva Dövlət Mühəndislik-Fizika İnstitutu 226-250-ci yerlərdə qərarlaşan universitetlər siyahısındadır. Boğaziçi, İstanbul Texniki universitetləri cədvəldə 276-dan 300-ə qədər olan universitetlər qrupunda qərarlaşıb.

Siyahıya 76 ABŞ universitetinin daxil olmasına baxmayaraq, tədqiqatların müəllifləri qeyd edir ki, getdikcə tendensiya Şərqin xeyrinə dəyişir. Ötən illə müqayisədə 51 ABŞ universitetinin reytinqi aşağı düşüb. Bununla yanaşı, Çinin iki aparıcı ali məktəbinin reytinqi qalxıb, belə ki, Pekin Universiteti yerini 49-cu sıradan 46-ya, Tsinxua Universiteti isə 71-ci sıradan 52-yə dəyişib. 

Yüksək gəlirliliyinə görə Sinqapur Milli Universiteti 40-cı yerdən 29-a, Nanyanq Texnologiya Universiteti isə 169-cu yerdən 86-cı yerə qalxıb. Yaponiyanın Tokio Universiteti siyahıda 27-ci yerdə qərarlaşıb. 

Onu da qeyd edək ki, dünyanın aparıcı ali məktəblərinin reytinqinin hazırlanması məqsədilə 2012-ci ildə akademik mühitdə təmsil olunan 16,6 min nəfər respondent arasında sorğu aparılıb, 50 milyon sitat analiz edilib, ali məktəblərin tədqiqatlardan əldə etdiyi gəlirlərə, tələbə və müəllim nisbətinə, eləcə də digər nüanslara diqqət yetirilib.

Böyük Britaniyanın “Times Higher Education” jurnalının 2012 ci il üzrə dünya universitetlərinin reytinqi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov